Ramiz Mehdiyevin qohumu 1 milyonluq tender keçirdi - BAZAR OLSUN!..

9-09-2021, 15:42           
Ramiz Mehdiyevin qohumu 1 milyonluq tender keçirdi - BAZAR OLSUN!..
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, tender müsabiqəsinin qalibi “Finacco” MMC olub. Qalib şirkətə 993 704 manat 54 qəpik ödəniləcək.

"Finacco" MMC AMEA İşlər İdarəsinin elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə təmir işlərini görəcək.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsini Fikrət Əliyev icra edir. O, akademiyanın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru