İRAN "UZAQVURAN TOPLARI"NI AZƏRBAYCANA QARŞI İŞƏ SALIB - Özünü "İlhamə Cəfərzadə" kimi təqdim edən Marietta Vartanyan indi də "dindar" roluna girib / VİDEO
7-10-2021, 00:20
İkinci Qarabağ Müharibəsinin dövlət səviyyəsində Anım mərasiminin keçirilməsinin ardınca, sosial şəbəkələrdə İran üslubunda qara çarşab geyinmiş bir qrup qadının şəhid məzarlarını ziyarətə gələnlərə mühazirə oxuduğu yayınlandı. Ardınca insanların haqlı olaraq reaksiyası özünü göstərdi.
Ümumiyyətlə, Azərbaycanda İranın dini ideologiiyasının içinə "büküb yerləşdirdiyi" anti-Azərbaycan təbliğatı ilə qarşılaşmağımız ilk dəfə deyil. İranın burdakı təsiri Nardaranda, Gəncədəki hadisələrdə özünü göstərdi. İranın şiəlik adı altında gizlətdiyi fars şüubiliyi birbaşa türklüyə nifrət zəminində bərqərar olub. Amma iş burasındadır ki, illərdir aşılanan türk düşmənçiliyi həm İranın burdakı məscidlərdə “at oynatması”nda, həm ölkənin gənc hissəsinin İrandakı təhsilə cəlb edilməsi ilə geniş arealda təbliğ olunur. Doğrudur, iran mollalarının məscidlərimizdə “at oynatması”nın qarşısı qismən alındı. Amma məsələnin əsas hissəsi azərbaycanlı toplumun dini-ideloji müstəvidə İran şuubi məzhəbindən qopardılması olmalıdır və ilk növbədə gənclərimizin beyni anti-şuubi zəhərindən təmizlənməlidir. Bu məsələdə Təhsil Nazirliyi önə keçməlidir.
Məlumdur ki, Təhsil Nazirliyi Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrdə təhsil almağa getməsini əngəlləmir. Amma dini təhsil birbaşa əhalinin sonrakı mərhələdə təhsil aldığı ölkənin dini istiqamətinə meyllənməsinə təsir etdiyi və siyasi təsiri formalaşdırmaq gücünə malik olduğu üçün bu mövzunu diqqətdən kənarda qoymaq olmaz. Dəfələrlə bildirdiyimiz kimi, təhsil əhalinin gənc təbəqəsinin birbaşa dövlətə bağlı vətəndaş kimi yetişdirilməsi baxımından strateji məsələdir. Bu səbəbdən, burada laqeydliyə yer yoxdur.
Sovet dövlətinin dağılmasının ardınca, əhalinin dini azadlıqlara malik olmasına şərait yarandığı üçün, vətəndaşlarımız da dini dərindən öyrənmək üçün İranda təhsil almağa yönəldilər, amma Qum şəhərinə dini təhsil almağa yollanan gənclərimiz təhsilin əvəzinə cinsi zorakılığa sürükləndilər.
Məsələn, mediada yer almış xəbərlərdə İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib. 2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan azərbaycanlı qızların hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Gültəkin Məcidovanın sözlərinə görə, mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər. Bu, bir nümunədir, amma açıqlanmayan nümunələr yüzlərlə, bəlkə minlərlədir.
İranda qızlar fahişəliyə, oğlanlar isə terrorçu qruplara cəlb olunur. Üstəlik, ölkəsinə qayıdanların beyni zəhərlənərək, öz dövlətinə düşmənçiliyə sürüklənir. Əxlaqsızlığa sürüklənən qızlar başına gətirilənlərin qeydə alınan videogörüntüləriylə şantaj olunaraq İran agentura şəbəkəsi üçün çalışmağa məcbur edilir.
Təhsil Nazirliyi gənclərin başqa ölkələrdə təhsil almağa getməsinə müdaxilə etməli deyil, amma mütləq onların hansı ölkələrdə, hansı mühitdə təhsil aldığı ilə maraqlanmalıdır. Eləcə də xüsusi xidmət orqanları bu işdə Təhsil Nazirliyi ilə ortaq çalışmalıdır. Amma bu agentura şəbəkəsi İranda oxuyub, Azərbaycana bu ölkənin agenti kimi qayıdanlarla məhdudlaşmır. Fars-erməni əməkdaşlığı bu məsələdə əl-ələ çalışır. Məsələn, sosial şəbəkələrdə İran təbliğatını edən qara çarşablı qadının müxtəlif versiyalarda şəkil var və məlum olur ki, bu qadın Azərbaycanın Qazax rayonunda doğulmuş Marietta Vartanyandır. Mariettanın anası erməni, atası kürddür. Özünü "İlhamə Cəfərzadə" kimi təqdim edəm bu qadın gəncliyində İrəvanda teatr aktrisası olaraq çalışıb. Bəzi məlumatlara görə, o, separatçı "Talış radiosu" adlı qurumun aparıcılarından biri olub, amma bu dəfə talış qadını rolunda.
Bəllidir ki, İran-Ermənistan işbirliyi Azərbaycanın öz ərazisindəki digər etniklərə qarşı sərgilədiyi xoş münasibət, tolerantlığa malik olmasa belə, burada dövlətin ətrafında bir-birinə sarılmış azsaylı xalqları öz dövlətinə qarşı qaldırmağa çalışır və burada yenə də İran agenturasından geniş istifadə edilir.
Əslində, II Qarabağ müharibəsi Azərbaycanın tam müstəqil, güclü dövlətə doğru atdığı addım önəmli oldu. İkinci mərhələ isə Azərbaycanın dini-ideoloji müstəvidə İrandan qopması, fərqli təməllərə oturdulmasıdır. Proses başlıyıb, indi sona çatdırılmalıdır ki, bu məqsədə nail olunsun. Təhsil Nazirliyi isə dövlətin öz vətəndaşlarını-insan ressurslarını təhsil vasitəsi ilə düşmən ölkələrə qapdırmamalıdır. Ümumiyyətlə, azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir. Gənclərə ölkədə kifayət qədər yaxşı təhsil verən ali məktəb yoxdursa, onlar təşkil olunmalıdır, amma İranyönümlü yox. Məsələ Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verəcək konseptual şəkildə həll olunmalıdır.