Hekayəsini heç kim bilmir: Arxeoloqların tapıntısı hər kəsdə maraq doğurdu - FOTO/VİDEO

8-10-2021, 08:10           
Hekayəsini heç kim bilmir: Arxeoloqların tapıntısı hər kəsdə maraq doğurdu - FOTO/VİDEO
Norveçdə Diqervarden dağında “Rayenheyen” Milli Parkında 1300 illik xizəklər tapılıb.

Xizəklərdən biri 2014-cü ildə aşkarlanmışdı. Onun digər tayı isə yeddi ildən sonra elə həmin ərazidə tapılıb. Bunlar indiyə qədər görünən ən qədim xizəklərdir.

Bu yaxınlarda tapılan xizəyin uzunluğu 187 santimetr və eni isə 17 santimetrdir. 2014-cü ildə aşkarlanmış digər tay isə fərqli ölçülərə malikdir - 17 santimetr daha qısa və iki santimetr ensizdir. Elm adamlarının fikrincə bu fərqliliyə səbəb onların əldə hazırlanması olub.

Təqdiqatçılar xizəklərin hekayəsini başa düşməyin çətin olduğunu bildiriblər.

“1300 il əvvəl Diqervarden dağında baş verənləri anlamağa çalışmaq, bu anda spekulyasiyadan başqa bir şey deyil. Bir neçə mümkün ssenari var. Bir ovçu xizəkləri qoyub gedib? Bəlkə qəfil qar çovğunu onları qara basdırıb? Yaxud ovçu qayıtdıqda yolun tapılmasını asanlaşdırmaq üçün xizəkləri şaquli olaraq qarın üstünə qoyardı. Bəlkə də kiçik qar uçqunu baş verib”, - deyə arxeoloqlar bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru