Araq içdi, Lavrovdan Kuril adalarını istədi
8-10-2021, 14:59
Yaponiyanın "yubiley" - 100-cü baş nazirinin adı məlum olub. Bu, 64 yaşlı Fumio Kisidadır. Onun sələfi Esixide Suqa bu postda bir ilə yaxın qala bildi. Eks-baş nazir mübahisəli Olimpiya oyunlarının keçirilməsi, COVİD-19 pandemiyasının artması və ölkədə artan sosial narazılıqlarla yadda qaldı.
Yeni baş nazirə isə çətin həll olunası problemlər qaldı - mürəkkəb epidemioloji vəziyyət, Çinin hər gün artan qüdrətinin yaratdığı narahatlıq, Rusiya ilə sülh müqaviləsinin imzalanmasında yaranmış qeyri-müəyyənlik. Bununla belə, Rusiya-Yaponiya münasibətlərindəki uzlaşmayan fikirlər, bir sözlə problemlər Kişidaya tanışdır. Belə ki, o xarici işlər naziri olduğu müddətdə dəfələrlə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb və hətta onunla araq da içib. Siyasi dəhlizlərdə belə söhbət gəzir ki, Fumio Kişidadan çox şey gözləmək olar, hətta bu siyasətçi Rusiya ilə uzunmüddətli münaqişəyə son qoyacaq baş nazir də ola bilər.
Bir çox yapon siyasətçi kimi, Kişida da üçüncü nəsil məmurudur: atası və babası Xirosima dairəsindən Yaponiya parlamentinin üzvləri olublar. Nazirlər Kabinetinin yeni rəhbəri eyni zamanda 1991-1993-cü illərdə Yaponiyanın Baş naziri olmuş Kiiti Miyadzavanın uzaq qohumudur.
Kisida o məmurlardandır ki, içməyo çox xoşlayır. Dediyinə görə, hətta Rusiyanın XİN başçısı Sergey Lavrovla da içmək imkanı əldə edib və görüş zamanı rusiyalı həmkarı ona vodkadan dadmağı məsləhət görüb. O da etiraz etməyib. Kisida Lavrovu Yaponiyaya dəvət edib və onu Yaponiyanın milli brendi olan sakeyə qonaq edəcəyini bildirib.
Hətta belə göüşlərin birində Yaponiyanın hələ XİN başçısı olan Kisida rusiyalı həmkarı Lavrovla içki süfrəsi arxasında diplomatik qaydalardan kənara çıxaraq Kurili Krımla müqayisə edib. Rusiyada bu cəsarətin vodkadan alındığını düşünsələr də, Yaponiyada buna fərqli reaksiya veriblər. Qeyd ediblər ki, hər iki halda Rusiya status-kvonu zorla dəyişdirib. Amma sülhlə geri dönüş edə bilər. İki ölkə arasında sülh sazişinin imzalanması da Kurilin cənubundakı adaların Yaponiyaya qaytarılmasından keçir.
Dünənin XİN başçısı artıq bu gün baş nazirdir. Dünən kəşfiyyat xarakterli fikirlər bu gün Baş nazirin dilindən səslənə və ciddi şəkildə masaya qoyula bilər.
sia.az