“Skoda” avtomobil istehsalını dayandırır

9-10-2021, 09:05           
“Skoda” avtomobil istehsalını dayandırır
“Skoda Auto” oktyabrın 18-dən ilin sonuna qədər Çexiyadakı fabriklərində istehsalı əhəmiyyətli dərəcədə azaldacağı və hətta dayandıracağını elan edib.

Şirkət rəhbərliyinin sözçüsü Tomaş Koteranın sözlərinə görə, istehsalın dayandırılması avtomobil elektronikasının yığılmasında istifadə olunan yarımkeçiricilərin çatışmazlığı ilə əlaqədardır.

“Elektron komponentlərin qlobal böhranı “Skoda”dan da yan keçmədi”, - deyə avtomobil istehsalçısının nümayəndəsi bildirib.

Şirkət yeni modellər buraxmaqdansa, artıq istehsalda olan maşınların işlənməsinə qərar verib. Şirkət nümayəndəsinin sözlərinə görə, yaxın iki ay yarım ərzində anbarlarda olan təxminən 50 min avtomobilin montajının başa çatdırılması düşünülür.

Mənbə: “Radio Prague International”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru