ÜST-dən şad xəbər: Pandemiya tezliklə bitəcək

11-10-2021, 08:57           
ÜST-dən şad xəbər:
Bəşəriyyət COVİD-19-la mübarizə yolunun təxminən 60 faizini keçib.

Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan deyib.

Svaminatan pandemiyanın tezliklə bitəcəyinə və insanların normal həyata qayıdacağına inandığını vurğulayıb.

Bu kontekstdə o, əhalini virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirməyə çağırıb.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın ölümünə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru