Restoranlardan qida sifarişinin kişilər üçün təhlükəli olduğu açıqlanıb
13-10-2021, 07:31
Müxtəlif məhsulların qablaşdırılması, eləcə də qida sifarişlərnin çatdırılması zamanı istifadə edilən plastik qablar kişilərdə cinsi funksiyaların zəifləməsinə, reproduktiv göstəricilərin aşağı düşməsinə səbəb ola bilər.
Bunu Nyu-Yorkdakı Lanqone Universitetinin Tibb Mərkəzində aparılan araşdırma sübut edib.
Alimlərin sözlərinə görə, plastik qabların tərkibindəki ftalat adlı sintetik kimyəvi maddə hər il 55-64 yaş arası 100 min nəfərin ölümünə səbəb olur.
Həmçinin, ftalatlardan uşaq oyuncaqlarının hazırlanmasında da istifadə edilir ki, bu da gələcək nəsillərin sağlamlığını təhlükə altına atır.