Putin-Paşinyan görüşündəki ÜÇ MƏQAM

13-10-2021, 18:17           
Putin-Paşinyan görüşündəki ÜÇ MƏQAM
Dünən Moskvada baş tutan Putin-Paşinyan görüşü informasiya qıtlığı ilə keçdi. Danışıqların detalları barədə geniş məlumat açıqlanmadı.

Siyasi şərhçi Asif Nərimanlı Modern.az-a bildirib ki, görüşlə bağlı diqqətçəkən cəmi üç məqama toxunmaq olar.

“Birincisi, tərəflərin əsas müzakirəni nahar süfrəsi ətrafında aparmasıdır:

- Putin bununla Ermənistan-Rusiya münasibətlərində “hər şey qaydasındadır” mesajını verirdi;

- Və yemək masası arxasında lazımi məsələlərin razılaşdırılması daha asan olur;

Nikolun səfərinin Ərdoğan-Putin görüşündən sonra olması da əsas müzakirə mövzusunun kommunikasiyanın açılması (Zəngəzur dəhlizi də daxil olmaqla), əməkdaşlıq platformasının yaradılmasıdır. Putinin Paşinyan üçün açdığı süfrədə bu məsələlərin müzakirə edildiyi şübhəsizdir, lakin nəticələrlə bağlı hələ heç bir ipucu yoxdur.

İkincisi, Putinin görüşdən öncə açıqlaması idi.

Rusiya prezidenti bildirdi ki, “Telefonla davamlı əlaqə saxlayırlar, lakin şəxsi görüş istənilən nəticəni əldə etmək üçün həmişə məhsuldar olur, ümid edirəm, bu dəfə belə olcaq”.

Bu, Putinin Paşinyanı istənidiyi nəticəni əldə etmək üçün dəvət etdiyini təsdiqləyir və nahar süfrəsində buna nail olduğu da istisna eyil. Paşinyanın görüşdən sonra “əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik” tviti də bu fikri gücləndirir. Və təmasların təkcə Moskva ilə yox, Bakı-Moskva-İrəvan xəttində olacağı da gözləniləndir.

Üçüncüsü, Paşinyanın görüşdən öncə media qarşısında qısa söhbətdə “Qarabağ münaqişəsinin bitmədiyini” elan etməsidir. Putinin bu məsələnin üzərindən keçdiyi də diqqətdən yayınmadı”.

Ekspertin sözlərinə görə, Nikol Paşinyanın bu açıqlaması gözləniləndir və bundan sonra da eyni tipli bəyanatlar verəcək.

“Lakin bunun Azərbaycan-Ermənistan sülh müqaviləsinə təsiri yoxdur, çünki müqavilədə Qarabağ məsələsi ümumiyyətlə olmayacaq və Nikolun indi siyasi ritorika naminə belə deməsi başadüşüləndir”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.