Alimlər yaxınlaşan ölümün “qoxusunu” müəyyən ediblər

15-10-2021, 08:23           
Alimlər yaxınlaşan ölümün “qoxusunu” müəyyən ediblər
Britaniyalı alimlər apardıqları araşdırma nəticəsində qoxunun köməyi ilə yaxınlaşan ölümün müəyyən edilə biləcəyini öyrəniblər.

Belə ki, Kent Universitetinin Psixologiya Məktəbinin tədqiqatçısı Arno Vismar könüllülərə putrestsin (çürüntü), ammonyak və su iylədib. Daha əvvəl heç qarşılaşmadıqlarına baxmayaraq, yalnız birinci komponentin qoxusu təcrübədən keçənlərdə təşviş yaradıb.

Alim bunu izah edərkən bildirib ki, insanın öldüyü anda bədənində müəyyən prposeslər gedir və bu müddətdə bir çox ətirlər sərbəst buraxılır (insan bunu hiss edir), bu ətirlərdən biri də putrestsin iyi olur.

Elm adamlarının sözlərinə görə, bu, hətta ölümdən bir il əvvəl də baş verə bilər.

““Ölüm iyi” gələndə insanlar şüuraltı olaraq dəyişməyə başlayırlar və bilmədən, sonlarını yaxınlaşdırırlar”, - deyə alim vurğulayıb.

Lakin, tədqiqatçıların onu da qeyd ediblər ki, “əcəl iyi” ölümün xəbərçisi deyil, əksinə orqanizm üçün təhlükənin siqnaldır.

“Belə bir qoxu insanın təşvişə düşməsi üçün siqnaldır və yaxınlaşan ölümün səbəbini tapmasının lazım olduğunu anlamasına kömək edir”, - deyə alimlər sözlərini yekunlaşdırıblar.

Mənbə: “Pyatıy kanal”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru