QONDARMA “ARTSAX ORDUSU” DAĞIDILDI - Araik Arutyunyan: "Azərbaycanlılar belə tələb edir"

21-10-2021, 19:30           
QONDARMA “ARTSAX ORDUSU” DAĞIDILDI -
Bu yaxınlarda "Zoxovurd" erməni qəzeti, 2021-ci ilin birinci yarısında Fransanın Ermənistandan 5 milyard 15 milyon dram məbləğində kapitalı çıxardığını, İtaliyanın isə Ermənistana birbaşa investisiyaların həcmini xeyli azaltdığı barədə məlumatlar yaydı. Qəzet bildirir ki, eyni fikirləri Rusiya haqqında da demək olar.

Qafqaz.media xəbər verir ki, bu barədə "Qolos Armenii" qəzeti də məqalə dərc edib. Həmçinin "FAKT" qəzeti erməni xəzinəsinin şəffaf olmayan mənbələrdən doldurulması ilə bağlı məlumat dərc edib. Qəzet iddia edib ki, bəzi regional və dünya oyunçuları Paşinyan rejimini Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıyana qədər ayaqda saxlamaq niyyətindədirlər.

Ermənistan Respublikası adlanan dövlətin məhv edilməsi prosesi real zaman dilimində baş verir və artıq son mərhələyə qədəm qoyub. Bunu təkcə sosial böhran - yoxsulların sayının artması və rəhbərliyin işsizlərin sayını azaltmaq və misli görünməmiş qiymət artımına təsir edə bilməməsi - deyil, həm də sərhəd təhlükəsizliyi ilə bağlı acınacaqlı vəziyyət sübut edir.

Nəşr bildirir ki, ötən gün erməni media şəbəkələrindən birində yayınlanmış reportaj sosial şəbəkələri partladıb. Videonun baş qəhrəmanı, operatoru erməni mövqeləri boyunca gəzdirir və xalqı Azərbaycan hərbçilərinin “Ermənistan ərazisinə qədər irəliləməsindən” qoruyanların hansı şəraitdə olmasından hali edir. "Belə şəraitdə it də qışı keçirməyə razılaşmaz", deyə bələdçi şərh edir. Şənbə günü isə bildirildi ki, xəbərin qəhrəmanı artıq hərbi polisə izahat verir.

Haqqında söhbət gedən videoda bəlli olur ki, erməni mövqeləri yorğan və döşək olmayan iki uçuq-sökük dəmir çarpayıdan ibarətdir. Qəzet bu durumu belə izah verir: "Rejimin əsgərlər üçün bu cür "narahatlığı" onu göstərir ki, baş nazir kürsüsündə olan adam təkcə Verin Şorjunu, Qara Gölün yaxınlığında, İşxanasar və Uxtasar zirvələrini deyil, Gorus-Qafan yolunu da təslim etməyə hazırlaşır, bəlkə də daha çox ...".

Açıq görünür ki, erməni cəmiyyəti daxili vəziyyət barədə xaosa sürüklənir. "Orduda yaxşı qidalanan bir həyat haqqında iddialı söhbətlər, əsgərlər üçün vəd edilmiş "çiyələk cənnəti" haradadır? Həyat göstərdi ki, Paşinyan buradakı insanları da aldatdı" ifadələri də bunu sübut edir.

Qəzetdəki yazını ermənilərin məyusluq hekayəsinin fraqmentləri də adlandırmaq olar. Yazıda bu ölkənin Konstitusiyasının 14 -cü maddəsində təsbit olunan, "Ermənistan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının sərhədlərinin qorunmasını, təhlükəsizliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təmin edir" müddəasının mümkün olmadığ iddia edilir. Erməni mövqelərindən çəkilmiş son video-görüntülərin erməniləri 44 günlük müharibədən sonra parlament kürsüsündən Paşinyanın ən yüksək yalanını xatırlatmağa məcbur etdiyi bildirlir. Söhbət Ermənistan sərhəd mövqelərinin tikintisindən və təchizatından gedirdi…

Paşinyanın və ətrafının əllərini "Artsax" problemi ilə yuduqları, Qarabağdakı ermənilərlər bağlı qəti şəkildə rus sülhməramlılarının hər şeydən məsul olduğunu iddia etdikləri, bir sözlə oradakı ermənilərin Ermənistan hakimiyyətinin "vecinə də olmadığını" İrəvan erməniləri açıq şəkildə ortaya qoyurlar. Eləcə də Qarabağada və Ermənistanda ölən və yaralananların sayının onlarla olduğu, azərbaycanlıların hər gün inadkarlaşdığı, Yerasxda davamlı atəş açıldığı barədə davamlı məlumatlar paylaşılır. Baş nazir postundakı Nikol Paşinyanın, Ermənistanda və "Artsax Respublikası"nda erməni mövqelərinin atəşə tutulmasına məhəl qoymadan sülhdən danışmasının reallığın adekvat qavranılmasında problemlərə dəlalət etdiyi narahatlıqla ifadə edilir.

Erməni mövqelərindən fərqli olaraq, azərbaycanlıların mövqelərinin soyuq dövr üçün olduqca uyğun olması, Azərbaycan əsgərinin təchizatının yüksək səviyyədə olması erməniləri sözün əsl mənasında hövsələdən çıxarır, dəliyə döndərir.

Rejim rəsmilərinin hansısa "xidmət üçün" 60 minlik bonus layihəsi aldığı müzakirə olunur. "Erməni dövləti öz ərazisini azərbaycanlıların sürünən işğalından qoruya bilmir və baş nazir hökumətin iclasında "lisenziyalı ağaclar"dan danışır və peyvənd olunmaqdan imtina edən vətəndaşları həbslə hədələyir, eyni zamanda müxalifəti guya ölüm sayının artmasında maraqlanmadığı iddiası ilə ittiham edir. Gücün sükanı arxasında minlərlə parazit dəstəsi yerləşdi və Paşinyan yalnız bir şeylə maraqlanır - nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq!".

Görünür, bir az düşünmə qabiliyyəti olan ermənilər anlayırlar ki, onların dövlətindən və dövlətçiliklərinin perspektivindən danışmaq mənasızdır. "Paşinyan Artsaxın gələcək statusu qədər Ermənistanın taleyi ilə maraqlanır. Kresloda oturmaq üçün hər şeyi edəcək, hər kəsi təslim edəcək. Dövlətin onun günahı üzündən çökdüyünü çox yaxşı başa düşür" ifadələrini "Vazgen Sarkisyanın bir gün "İrəvanın tam mərkəzində Meqri partlayacaq" tutqun peyğəmbərliyinin gerçəkləşməsinə kim icazə verməz?" sualı ilə bitirən yazı erməni aqoniyasının geridönülməz olduğunun təsdiqidir.

Digər tərəfdən siyasi elmələr namizədi Aleksey Martınov mediaya açıqlamasında Azərbaycan-Türkiyə gücünə qarşı Rusiya-İran-Ermənistan gücünün qarşı qoyula biləcəyini bildirsə də, Ermənistan hakimiyyətinin başında Rusiyanın ciddi məsələləri müzakirə edə bilməyəcəyi adamın durduğunu deməklə, dolayısı ilə Moskvanın İrəvana güvənmədiyini dilə gətirir. Onun fikrincə, Ermənistanın rəhbərliyində təmsil olunanlar "həddən çox gözlənilməz və şübhəli şəxslərdir". Bundan başqa da Martınov Ermənistan hökumətinin "Türkiyə ilə yeni səhifə açdıqlarını bəyan etdiyini" də bildirir.

Deyilənlərə onu da əlavə edək ki, "ru24.net“ xəbər portalında Rusiyanın müttəfiqləri haqqında yazıda - "Ermənistana ehtiyacımız varmı?" - "Qarabağ münaqişəsi zonasında gərginlik yenidən artır" məqaləsində yazılır: "Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu baxımdan təbii bir sual ortaya çıxır: Rusiyanın Ermənistan kimi müttəfiqinə niyə ehtiyacı var? Bu respublikanın KTMT-yə üzv olması məmnuniyyətdən başqa bizə nə verə bilər?". Hansı ki, bununla Rusiya-Ermənistan əməkdaşlığının perspektivli gələcəyinə açıq şübhə ifadə edilir. Ermənistanın Rusiya ilə sərhədinin olmadığına diqqət çəkilir, "Rusiyanın İrəvanı qorumaq üçün qoşun göndərməsinə, qlobal qarşıdurmanın baş vermə riski qarşısında layiqdirmi?" sualı isə öz-özlüyündə sual içində cavabdır. Yazıda bildirilir: "Məsələ burasındadır ki, ermənilər dəfələrlə açıq şəkildə Amerika tərəfdarı olan bir hökuməti seçirlər, sanki Rusiya hərbi bazası bu respublikanı müdafiə etmək üçün vasitə deyil, işğaldan kənarda, Moskvada müntəzəm olaraq həyata keçirdiyi "müstəmləkə siyasəti vasitəsidir" ki, Rusiya əleyhinə mitinqlərdə unudulmamalıdır. Son münaqişə zamanı İrəvan nizami silahlı qüvvələrindən istifadə etməyə cəsarət etmədi, əslində işi DQR Silahlı Qüvvələrini taleyinə buraxdığını nümayiş etdirdi. Eyni zamanda sosial şəbəkələrdə və mediada xəbərlər yayıldı ki, Rusiya kömək etmədi, ruslar erməniləri aldatdılar, ruslar KTMT çərçivəsində öhdəliklərini yerinə yetirmək istəmədilər və s". Artıq məsələ hər kəs üçün aydındır - rəsmi İrəvan başçısı dəyişməyincə Kremlin mövqeyi dəyişməyəcək.

Yekunda isə bildirək ki, erməni media mənbələrinin yazdığına görə, qondarma "Artsax Respublikası”nın “prezidenti” Araik Arutyunyan ordunu dağıtmaq niyyətində olduğunu bildirilib. Bunu Aşot Arutyunyan Ermənistan Milli Məclisində "Artsax"dan olan məcburi köçkünlərin problemlərinin müzakirəsi zamanı İnsan Hüquqlarının və Əhalinin Müdafiəsi Daimi Komissiyasının təşəbbüsü ilə bildirib.

Aşot Harutyunyanın, "sənə kim belə bir hüquq verdi?" sualına Araik Arutyunyan "Azərbaycanlılar tələb edir" deyə cavab verib... İndi isə Aşot Arutyunyan "nümayəndələrimiz Artsax Respublikası üçün aralıq statusun dərhal tanınmasını tələb edirlər", - deyə ara qarışdırmaq üçün yol arayışındadır. Amma nahaq yerə...

Qafqaz.media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.