Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq?

22-10-2021, 07:10           
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq?
İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması ilə bağlı planlar olsa da, indiki mərhələdə bu proses təhlükəlidir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün həmin ərazilərdə əvvəlcə tam təhlükəsizlik tədbirləri görülməlidir: “Ərazilər minalardan tam təmizlənəndən sonra bu proses həyata keçirilə bilər. Ərazidə minaların olması həmin heyvanların həyatına təhlükədir. İndiki anda həmin ərazilərə yalnız quşların buraxılması mümkündür. Bu da planımızda var. Ceyranların həmin ərazilərə yaxın 3-4 ayda buraxılması nəzərdə tutulmayıb”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru