İlon Mask avtomobillərdən arxa güzgülərin çıxarılmasını təklif etdi

22-10-2021, 09:38           
İlon Mask avtomobillərdən arxa güzgülərin çıxarılmasını təklif etdi
“Tesla”nın “Cybertruck” pikapı çıxarıla bilən arxa görünüş güzgüləri ilə təqdim olunacaq.

Bu barədə şirkətin rəhbəri İlon Mask “Twitter”də məlumat verib.

Belə ki, “Twitter” istifadəçisi @adamhoov Maskdan “Cybertruck” elektrik pikapının arxa görünüş güzgüləri barədə soruşub. Mask avtomobilin bu avadanlıqla təchiz ediləcəyini, ancaq bunu çıxarmağın mümkün olacağını bildirib. Beləliklə, Mask gələcək maşın istifadəçilərinə güzgülərdən imtinanı təklif edib.

Qeyd edək ki, 2019 -cu ildə ABŞ Yollarda Təhlükəsizliyə Nəzarət Dövlət Administrasiyası (NHTSA) gələcəkdə arxa görünüş güzgüləri barədə qaydalarda dəyişiklik ola biləcəyini elan etmişdi. Bu perspektivdə avadanlığın funksiyasının kameralar tərəfindən yerinə yetirilə bilməsi ilə əlaqələndirilmişdi.

Yeri gəlmişkən bildirək ki, “Tesla” elektrikli pikap barədə anonsu zamanı avtomobili müvafiq element olmadan təqdim edib.oxu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru