Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?

24-10-2021, 07:45           
Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə əlaqədar sənədlərin bir hissəsi 15 dekabrda, digər hissəsi isə bir il ərzində nəşrə hazır olacaq.

Teref.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, redaktəsi başa çatmayan sənədlər üçün Milli Arxivlər və Qeydlər İdarəsinə (NARA) əlavə bir il vaxt veriləcək.

Gecikməyə COVİD-19 pandemiyası səbəbindən NARA-nın sənədlərin redaktəsini başa çatdıra bilməməsi göstərilib və bildirilib ki, gecikmə "hərbi müdafiə, kəşfiyyat, hüquq-mühafizə və beynəlxalq münasibətlərin gedişatına" mümkün zərərin qarşısını almaq üçündür.

Qeyd edək ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texasda sui-qəsd nəticəsində öldürülüb./ Axar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru