“Neftə tələbat 2022-ci ildə bərpa olunacaq” - Novak
26-10-2021, 10:58
OPEC+ sazişinə üzv ölkələr noyabrın 4-də nazirlərin görüşündə neft hasilatının sutkada 400 min barel səviyyəsində bərpa edilməsi üzrə cari planı müzakirə edəcəklər. “Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak
Onun sözlərinə görə, OPEC + nazirləri neft bazarındakı mövcud vəziyyəti müzakirə edəcəklər: “Neftə tələbat təxminlərimə görə 2022-ci il ərzində bərpa olunacaq”.
Novak, qaz bazarındakı vəziyyət fonunda neft qiymətlərinin rekord həddə çata biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkib: “Tələbdən asılı olacaq, qeyri-müəyyənlik mövcuddur, bir az da azalda bilər. Bundan əlavə, biz koronavirusun yayılmasının yeni dalğalarının yarandığını da görürük”. azpolitika