Deputatların müzakirə yaradan statusları: - Bu dəfə Aydın Mirzəzadə...

26-10-2021, 18:22           
Deputatların müzakirə yaradan statusları: -
Son günlər ictimai-siyasi şəxslərin sosial şəbəkədəki paylaşımları istifadəçilərin gülüş hədəfinə çevirilir.

Edilən paylaşımlarda ya hərf səhvləri, ya da etdiyi yaxşılığı göz önünə sərmə lağa qoyulur.

Cebhe.info son günlərin sosial şəbəkədə qalmaqal yaradan deputatlarını təqdim edir:

Dünən Milli Məclisinin deputatı Cavanşir Paşazadənin sosial şəbəkə hesabında yazdığı statusdakı qrammatik səhvlər şəbəkə istifadəçilərinin gülüş hədəfi olub.

Deputat Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qismində iştirak edib və paylaşımı da bu mövzuda olub. Millət vəkili paylaşımda ciddi səhvlərə yol verib.

İzləyicilər deputatın statusunu paylaşaraq onu lağa qoyub. Nəticədə deputat statusu silməyə məcbur qalıb.

Qeyd edək ki, millət vəkili Cavanşir Paşazadə Şeyxülislam Allahşükür Paşazadənin qardaşıdır.

Daha sonra mətbuata açıqlama verən Cavanşir Paşazadənin köməkçisi Sulduz Ağayev belə deyib:


"O statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb. Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür".

Bundan sonra Xalq yazıçısı Çingiz Abdullayevin ötən gün sosial şəbəkə yazdığı status müzakirələrə səbəb olub.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi İstanbul Hava Limanında başına gələn hadisə barəsində yazıb:


“Hadisə İstanbul Hava Limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

Məhz Çingiz Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu etdiyi kiçik yaxşılığı bu formada təqdm etdiyinə görə tənqid ediblər. Daha sonra Xalq yazıçısı statusunu silib və öz hisslərini ifad etdiyinə dair yeni status yazıb.

Bu gün isə deputat Aydın Mirzəzadə maddi durumu əl vermədiyi üçün ondan kitab almasını xahiş edən tələbəylə yazışmasını paylaşıb.


Salam. Mən birinci kurs tələbəsiyəm. Mənə dərsliklərimin alınmasına kömək edə bilərsinizmi?

Yazışma belə olub:

"Salam. Sənə nə qədər vəsait lazımdır ?

Üç kitab hərəsi ... manatdan, iki kitab hərəsi ... manatdan.

Yaxşı. Vəsaiti sənə necə göndərim?"

İstifadəçilər millət vəkilinin etdiyi bu yaxşılığı paylaşmasının doğru olmadığını bildirib.

Onlar millət vəkilinin belə hallarda vətəndaşa dəstək verməsinin ən doğal hal olduğunu diqqətə çatdırıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.