“Delta”nın yüksək yoluxuculuğu səbəbi tapılıb

28-10-2021, 09:40           
“Delta”nın yüksək yoluxuculuğu səbəbi tapılıb
“Koronavirusun “Delta” ştammının yüksək yoluxuculuğu onun insan hüceyrə membranı ilə birləşmə qabiliyyətinin uyğunlaşması ilə izah olunur”.

SİA “Science” jurnalına istinadən xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri bu nəticəyə gəlib.

Tədqiqatçılar insan hüceyrəsi üzərində təcrübə aparıblar. Məlum olub ki, SARS-CoV-2 “Delta” ştamının S-zülalı ACE2 reseptoru ilə bağlandıqdan sonra virusun və insan hüceyrəsinin membranlarının birləşməsinə digər infeksiya növləri ilə müqayisədə daha yaxşı uyğunlaşıb.

Tədqiqat qrupunun üzvü Bin Çen bildirib ki, müxtəlif variantlar arasında “Delta” ştammı membranın birləşməsini sürətləndirmək qabiliyyəti ilə seçilir: “Bu xüsusiyyət sayəsində “Delta” ştammı insan hüceyrələrini daha sürətli və effektiv şəkildə yoluxdurur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru