Ən etibarlı elektrikli maşınlar - SİYAHI - FOTO

23-11-2021, 11:17           
Ən etibarlı elektrikli maşınlar - SİYAHI - FOTO
Britaniyalılar elektromobil modellərinin etibarlılığı ilə bağlı araşdırma aparıblar.

Teref.Az Lent.Az-a istinadla məlumatına görə, mütəxəssislər Böyük Britaniyada bir neçə min elektromobil sahibi ilə sorğu aparıblar. Onlar istismarın birinci ilində (əgər varsa) çatışmazlıqlar barədə danışıblar. Məhz xarab olmayan avtomobillərin faizi reytinqin əsas meyarına çevrilib.

Məlum olub ki, dövrümüzün ən etibarlı elektrik avtomobili birinci nəsil "Nissan Leaf"dır. 2011-2019-cu illərdə istehsal olunan avtomobillərin 98,6 faizində birinci ildə heç bir nasazlıq olmayıb.

İkinci yeri gözlənilmədən 96,5 faiz nəticə ilə MG ZS EV elektrik avtomobili tutub.

Ən etibarlı 5 elektrik avtomibili bunlardır:

Nissan Leaf

1."Nissan Leaf" (birinci nəsil) - 98,6 faiz (qəzaya uğramayan maşın)

2.MG ZS EV - 96,5 faiz



MG ZS EV

3."Kia e-Niro" - 95,8 faiz

4.BMW i3 - 94,1 faiz

5.Tesla Model 3 - 93,3 faiz

Maraqlıdır ki, "Nissan Leaf" ikinci generasiya nəticəni yalnız 89,7 faiz göstərib.

Onun asma, əyləc və elektronika ilə bağlı problemləri olduğu bildirilir. "Jaguar i-Pace" ən aşağı etibarlılıq göstəricisinə malikdir - 86,3 faiz. Çox vaxt batareyada, elektronikada və peyk naviqasiyasında nasazlıqlar qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru