Nazir qazın qiymətinə münasibət bildirib

23-11-2021, 18:23           
Nazir qazın qiymətinə münasibət bildirib
“Bəzi millət vəkilləri çıxışlarında təmsil etdikləri rayonların, seçicilərin maraqlarını müdafiə etmək istiqamətində bir çox problemi qaldırır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, daha çox qaldırılan məsələlər sırasında qaz təchizatı, su, təhsil və yol məsələləridir: “Bu 4 istiqaməti sadalamaq daha yaxşı olardı. İnfrastruktur layihələrinin dövlət investisiya proqramına daxil edilməsi məsələsinə baxılır. Heç şübhəsiz ki, inkişaf gedir. Qaz təchizatı ilə əlaqədar məsələlərə aidiyyəti dövlət qurumları yəqin ki, cavab verəcək. Hökumət tərəfindən bu məsələdə, əsasən, müvafiq qaz həcmlərinin təmin edilməsi və mövcud tarif çərçivəsində qaz təchizatı işini həyata keçirən qurumların fəaliyyətinə önəm verilir. Dünya bazarlarında təbii qazın qiyməti çox yüksəkdir. Ölkəmizə də hazırda bu proses öz təsirini göstərir. Bildiyiniz kimi, qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur. Bu dövlətlərin də bura investisiya qoyuluşunda müəyyən maraqları var. Əks təqdirdə bu investisiya qoyuluşları davam etməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.