Kürü ala bilməyənlər: Süfrəyə onu əvəz edən daha ucuz ərzaq qoya bilərlər
24-11-2021, 07:27
Bayram və mərasimlərin bəzəyi hesab olunan qırmızı kürünün qiyməti rekord həddə bahalaşıb.
Buna görə də bazarda onun alternativi-süni kürü peyda olub. Ancaq dietoloq Yelena Solomatina bildirib ki, qırmızı kürü heç də bir çoxlarının düşündüyü kimi ən yaxşı məhsul deyil.
Cebhe.info xəbər vrir ki, o, Yeni il süfrəsində kürünü əvəz edəcək variantları səsləndirib.
Həkimin sözlərinə görə, qırmızı kürünün tərkibində çoxlu duz var və bu səbəbdən ürəyə əlavə yük yaradır, bu da orqanizmə zərər verir:
“Beyin bu halda daha az qan alacaq, bu da oksigen və qida çatışmazlığı deməkdir. Bundan əlavə, tərkibində konservantlar var”.
Dietoloq kürünü balıqla, məsələn, siyənək və ya skumbriya ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis qeyd edib ki, belə balıqlar yağ turşuları və faydalı mikroelementlərlə zəngindir.
Qeyd edək ki, qızıl balıq kürüsünün orta pərakəndə satış qiyməti 2021-ci ilin oktyabrında 1 kq üçün Rusiyada 5 min rublu ötüb. “Rosrıbolovstvo” kürünün pərakəndə satış qiymətinin qalxmasını Yeni il bayramları öncəsi tələbatla izah edib.