Koronavirus xoruldayan insanlara daha böyük təhlükə törədir

24-11-2021, 10:52           
Koronavirus xoruldayan insanlara daha böyük təhlükə törədir
Xorultudan və ya yuxuda nəfəs kəsilməsi problemindən əziyyət çəkən insanlar COVID-19-a daha çox həssasdırlar.

Bu barədə nevrologiya və somnologiya (yuxu haqqında elm.red) sahəsi üzrə mütəxəssislər xəbərdarlıq edir.

Elm adamları qeyd edir ki, yuxu zamanı tənəffüs problemi olan insanlar pandemiyanı daha ağır keçirir, belə ki, ağciyəri zədələyən koronavirus xəstəlik dövründə tənəffüsün dayanması riskini yaradır.

Mütəxəssislər belə xəstələrə xüsusi diqqətlə yanaşmağın vacib olduğunu qeyd edirlər.

Somnoloqlar həmçinin əlavə edirlər ki, COVID-19 gələcəkdə yuxuda nəfəs kəsilməsi probleminin daha da kəskinləşməsinə gətirib çıxarır.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru