Evliliyə inam ölür: Ən sədaqətli heyvanlar da "boşanır"

25-11-2021, 07:18           
Evliliyə inam ölür:
Dünyada ən sədaqətli heyvan kimi tanınan albatros quşları arasında “boşanma”ların sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Royal Society”nin araşdırmasında qeyd edilib.

Bildirilib ki, əgər əvvəllər nəsil artırma problemlərinə görə quşların 3 və ya 1/100-i bir-birilərini tərk edirdisə, indi bu problem olmasa belə, ayrılıqların sayı artıb.

15 il ərzində 15 min 500 albatros cütlüyününü izlənməsilə aparılan araşdırma nəticəsində bəlli olub ki, quşların ayrılmalarının səbəbi qlobal istiləşmə fonunda okean populyasiyasının dəyişməsi və yemək axtarışı ilə bağlı uzaqlara uçan quşun cütləşmə zamanı geri dönə bilməməsi, buna görə də dişi quşun başqası ilə cütləşməsidir.

Tədqiqat nəticəsində o da bəlli olub ki, albatrosların cütləşmə adətləri də müəyyən dəyişikliyə uğrayıb.

www.yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru