Hökumət 6, iqtisadçı 20 faiz inflyasiyadan danışır... - Təbii ki, düzünü vətəndaş bilmir eee... YAŞAYIR!
17-01-2022, 20:05
2021-ci ildə Azərbaycanda rəsmi açıqlanan inflyasiya 6.7 faiz olub. DİA.AZ xəbər verir ki, bu barədə bu gün, yanvarın 17-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qurumdan vurğulandığına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8.1, qeyri-ərzaq məhsulları 5.1, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5.8 faiz bahalaşıb.
DSK-mın açıqlamasına görə, 2021-ci ilin dekabrında inflyasiya 1.6 faiz, əvvəlki ilin dekabrına nisbətən isə 12 faiz təşkil edib.
İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, rəsmi açıqlanan rəqəmlər real vəziyyətlə uzlaşmır. Onun sözlərinə görə, qiymət artımı daha yüksək olub: "Bizim hesablarımızla ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərində 2021-ci ilin dekabrı ilə 2020-ci il dekabrı arasında 18.5 faiz fərq var. Ümumi olaraq bir il ərzində inflyasiya səviyyəsi 20 faiz civarında olub".