Yoluxmanın artması əhalidə narahatlığa səbəb oldu – VİDEO

27-01-2022, 09:20           
Yoluxmanın artması əhalidə narahatlığa səbəb oldu – VİDEO
Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Günün statistikasına görə bu rəqəm 3000 nəfəri ötüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə “Omikron” ştammının yeni dalğası müşahidə olunur.

Bununla bağlı nazirlik vətəndaşlara müraciət edib.

“Peyvənd sertifikatının etibarlılıq müddəti altı aydır. Həmin müddət bitdikdən sonra peyvən istehsalçısının təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda peyvənd sertifikatının qüvvədə olması müddətsiz olaraq uzadılır. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan beş ay sonra “buster” doza ilə peyvəndlənməyə çağırır” – deyə, Səhiyyə Nazirliyinin Media və Komminukasiya şöbəsinin müdiri Pərviz Əbubəkirov deyib.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.