Dünyada COVID-19-a həftəlik yoluxmada rekord qeydə alınıb

27-01-2022, 10:14           
Dünyada COVID-19-a həftəlik yoluxmada rekord qeydə alınıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə görə, son bir həftə ərzində 21 milyondan çox insan koronavirusa yoluxub ki, bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

Yanvarın 17-dən yanvarın 23-dək dünyada xəstələnmənin artması əvvəlki həftə ilə müqayisədə 5 % olub, 21 362 288 yoluxma faktı təsdiqlənib. Həftə ərzində ölüm də artıb - 49 890 ölüm qeydə alınıb ki, bu da bir həftə əvvəlkindən 1 % çoxdur.

Şərqi Aralıq dənizində - 39 %, Cənub-Şərqi Asiyada – 36 %, Avropada – 13 % artım müşahidə olunur. Afrikada– 31 % və Amerikada– 10 % daha az yoluxma qeydə alınıb.

Eyni zamanda, dünyada bütün yeni infeksiyaların 47 %-i Avropanın payına düşür, yeddi gün ərzində regionda 10 milyondan çox yoluxma halı aşkarlanıb. ABŞ-da bir həftə ərzində 4 215 852, Fransada 2 443 821, Hindistanda 2 115 100, İtaliyada 1 231 741 yoluxma halı aşkarlanıb.

Mənbə: Vestnik Kavkaza












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.