Azərbaycanda qoyunların sayı sürətlə azalır – Son 6 ilin statistikası

27-01-2022, 13:37           
Azərbaycanda qoyunların sayı sürətlə azalır –
Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 milyon 37,1 min baş qoyun və keçi olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 0,6% və ya 52,6 min baş azalıb. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəlində ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olub.
Son 6 ilin yanvar aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:
- 2017-ci il yanvar ayında - 8 milyon 614,8 min baş
- 2018-ci il yanvar ayında - 8 milyon 454,3 min baş
- 2019-cu il yanvar ayında - 8 milyon 304,1 min baş
- 2020-ci il yanvar ayında - 8 milyon 189,2 min baş
- 2021-ci il yanvar ayında - 8 milyon 89,7 min baş
- 2022-ci il yanvar ayında - 8 milyon 37,1 min baş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru