Azərbaycan dünyanın ən güclü orduları siyahısında Ermənistanı 34 pillə geridə qoydu

27-01-2022, 16:18           
Azərbaycan dünyanın ən güclü orduları siyahısında Ermənistanı 34 pillə geridə qoydu
"Global Fire Power" 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim edib.

Teref.Az APA-ya istinadən bildirir ki, reytinqdə ölkələrin orduları texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, insan gücü və s. kimi 50-dən çox faktora görə sıralanıblar.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 9-cu, İran isə 14-cü olub. Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Butan tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru