"PFİZER" VAKSİNİNİN RƏNGİ NİYƏ BOZARIR? - Alimlər Uğur Şahinə ciddi suallar ünvanladılar

27-01-2022, 17:43           
"PFİZER" VAKSİNİNİN RƏNGİ NİYƏ BOZARIR? -
Alman alimlər koronavirusa qarşı “Pfizer vaksini ilə birlikdə Comirnaty vaksinini hazırlayan BioNTech şirkətinin ortaqlarından biri, eyni zamanda, şirkətin baş direktoru Uğur Şahinə məktub yazıblar. “Berliner Zeitung” qəzetində dərc olunan məktubda şirkət direktoruna “Peyvənddə istifadə edilən materialların şəffaf olmasına baxmayaraq vaksinin rəngi niyə bozdur?” sualını ünvanlayıblar.

Türkiyə mətbuatı xəbər verir ki, koronavirusa qarşı qısa müddətdə vaksin hazırlayan Pfizer və BioNTech şirkətləri Almaniyada elm adamlarının diqqətindədir. Almaniyanın tanınmış qəzetində aşıq məktubla Uğur Şahinə müraciət edənalimlər bəzi elmi açıqlamalar tələb ediblər. Belə ki, Almaniyanın Leipzig Universitetindən professor Jört Matysik, Ruhr Bochum Universitetindən professor Gerald Dyker, Tübingen Universitetindən professor Andreas Schnepf, Zürih Universitetindən professor Martin Vinklerin mzaladığı məktubda elm adamları mRNA əsaslı koronavirus vaksini ilə bağlı diqqət çəkən suallar veriblər.

Qəzetə açıqlama verən professor Matysik bildirib ki, mRNA texnologiyası gələcəkdə, məsələn, xərçəngin müalicəsində çox faydalı ola bilər. Lakin Covid-19 vaksini ilə bağlı vəziyyət fərqlidir.

Alimlər Pfizer tərəfindən nəşr olunan Pfizer/BioNTech vaksininin istifadəçi təlimatında bəzi detallara da diqqət çəkiblər: “Pfizer”-in rəsmi saytında dərc edilmiş istifadəçi təlimatında qeyd edilib ki, vaksin şüşəsini silkələməyin, 10 dəfə çevirin. Çox güman ki, maye boz-ağ rəngdədir. Şüşənin içərisində ağdan boz rəngə qədər qeyri-şəffaflıq ola bilər. Şüşədə hissəciklər varsa istifadə etməyin”.

Alimlər qeyd ediblər ki, Uğur Şahindən istifadə edilən bütün materiallar rəngsiz olduğu halda boz və ya tünd ağ rəngin necə yarandığını öyrənmək istəyirlər. Professor Schnepf bildirib ki, bir həbin, yaxud siropun rəngli olması mümkündür. Lakin boz rəng bu cür prosseslərdə gözlənilən nəticə deyil. Bu vəziyyət nəyi göstərir? Ağ rəngli olmayan bir həb hazırlayanda nələrinsə yanlış olduğuna dair şübhələr yaranır. BioNTech şirkətindən buunla bağlı açıqlama gözləyirik.

Schnepf əlavə edib ki, elm adamları olaraq BioNTech-in istifadə etdiyi metodlarla maraqlanırlar, mRNA vaksininin nə cür yoxlandığını öyrənmək istəyirlər: “Mən bu barədə həmkarlarımla danışdım, lakin biz böyük həcmdə məhsulların keyfiyyətinə necə nəzarət edildiyini anlaya bilmədik".

Elm adamları həmçinin Uğur Şahinə koronavirus vaksininin yan təsirləri ilə bağlı sual ünvanlayıblar. Schnepf deyib ki, bu qədər fərqli yerlərdə yan təsirlərin müşahidə edildiyinin izahı lazım deyil. Çünki bütün vaksinlərdə eyni maddə istifadə edilr. Müxtəlif partiyalarda müxtəlif nəticələrin olması dözülməzdir.

Alimlər Almaniyanın aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan Paul Erlich İnstitutuna bu mövzularla bağlı geniş hesabat göndəriləcəyini də açıqlayıblar./ virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.