“Omikron” dəridə neçə saat qalır? - ARAŞDIRMA

27-01-2022, 19:31           
“Omikron” dəridə neçə saat qalır? - ARAŞDIRMA
Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirusun ilk ştamı ilə onun digər ştamları arasındakı fərqləri araşdırıblar. Məlum olub ki, virusun “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları plastik səthlərdə və dəridə “Uhan” ştamından daha çox yaşaya bilirlər.

KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, tədqiqatda “Uhan” ştamının plastik səthlərdə orta ömrü 56, “Alpha” variantının 191,3, “Beta” variantının 156,6, “Delta” variantının 114, “Omikron” variantının isə 193,5 saat olub.

İnsan dərisində isə “Uhan” ştamı 8,6 saat, “Alpha” ştamı 19,6, “Beta” ştamı 19,6, “Delta” ştamı 16,8, “Omikron” ştamı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştamlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.