Omikronla bağlı insanların ən böyük səhvi

29-01-2022, 08:55           
Omikronla bağlı insanların ən böyük səhvi
Omikronla ilə bağlı insanların ən böyük səhvi odur ki, bu ştammın daha yüngül olduğunu düşünürlər.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı həkim Aşiş Ca deyib.

O bildirib ki, Omikron Delta ştammına nisbətən daha az öldürücüdür:

“Mən cəmi iki həftə xəstəxanalarda oldum və çoxsaylı insanın Omikrondan necə əziyyət çəkdiyini gördüm. Doğrudur, Omikron Deltaya nisbətən daha az öldürücüdür, ancaq unutmayın ki, koronavirus təhlükəsi əvvəlki kimi qalır”.

O, bəzi insanların immunitet sertifikatı əldə etmək üçün Omikrona qəsdən yoluxduğunu da vurğulayıb:

“Bu, yanlış seçimdir. Virusdan ən yaxşı və təhlükəsiz qorunma peyvənddir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.