İntim fotoların sosial şəbəkəyə sızmasından qorunmağın yolları açıqlanıb - FOTO
29-01-2022, 10:13
İntim fotoların oğurlanmasından özünüzü qorumağın ən yaxşı yolu, əgər onların təhlükəsizliyinə əmin deyilsinizsə, belə məlumatları saxlamamaqdır.
Bu barədə Rusiyada Rəqəmsal Mühitdə Vətəndaşlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Lyudmila Kurovskaya bildirib.
Onun sözlərinə görə, reputasiyaya xələl gətirə biləcək materialları elə insanın özü yaradır.
“Buna görə də, mümkünsə, bu cür foto və videoları qeyd etməməyi və ya saxlamamağı tövsiyə edirəm, xüsusən də onların təhlükəsizliyinə zəmanət verə biləcəyinizə əmin deyilsinizsə”, - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, internetə daxil olmaq üçün məlumat hansısa başqa cihazda - kompüter, telefon və ya planşetdə saxlanılmalıdır.
“Müvafiq olaraq, təcavüzkar yalnız “bulud” yaddaşında və ya haker hücumu edilmiş cihazda saxlanılan fayllara daxil ola bilər. Bəzən foto sızıntıları hakerlərə görə deyil, “bir vaxtlar yaxın olduğu adamların” hərəkətləri səbəbindən baş verir”.
Kurovskaya bildirib ki, bir neçə hal istisna olmaqla, razılıq olmadan foto və videoların paylaşılması qadağandır, vətəndaşın təsviri qanunla qorunduğundan onu yayımlayanlar məsuliyyətə cəlb oluna bilərlər.
Mütəxəssis əlavə edib ki, sosial şəbəkədə şəxsi foto və ya videolar aşkar edilərsə, zərərçəkmiş intim faylların saxlandığı resursun administrasiyası ilə əlaqə saxlayaraq, onların silinməsini tələb edə bilər.
Görüntüləri kimin yerləşdirdiyi məlum olarsa, zərərçəkmiş şəxs şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.
Mənbə: news.ru