Ziya Məmmədovun qardaşına NEÇƏ İL İŞ DÜŞÜR?

29-01-2022, 11:43           
Ziya Məmmədovun qardaşına NEÇƏ İL İŞ DÜŞÜR?
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq şöbəsinin müdiri Kamal Əliyev akademiyanın işlər idarəsinin sabiq müdiri Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət edib. O, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Teref.az"Unikal"a istinadla xəbər verir ki, məhkəmə Kamal Əliyevin iddiasını təmin edərsə, E.Məmmədov iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, məhkəmə iclası fevral ayının 2-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru