“Forbes” jurnalı yeni reytinq siyahısını açıqlayıb.
29-01-2022, 19:06
Dünyanın ən zəngin milyarderləri siyahısına Qazaxıstandan olan beş iş adamı da daxildir. Onlardan ikisi ölkənin birinci prezidenti Nursultan Nazarbayevin ailəsinin üzvü, digəri isə onun administrasiyasının keçmiş məmurudur.
Vladimir Kim Qazaxıstanın ən böyük mis şirkətlərindən biri olan “KAZ Minerals” qrupunun ortağı, prezidenti və qeyri-icraçı direktorudur. O, 4,6 milyard dollarlıq sərvəti ilə “Forbes” qlobal reytinq siyahısında 67-ci yerdədir.
Vladimir Kim
Nursultan Nazarbayevin köməkçisi və işlər müdiri vəzifəsində çalışan Bulat Utemuratovun biznes aktivləri arasında özəl bank ForteBank, Nur-Sultan, Moskva və Vyanadakı Ritz Carlton otelləri, Burger King franşizi var. Onun sərvəti 3,6 milyard dollardır. Bulat Utemuratov “Forbes” qlobal reytinqində 886 yerdə qərarlaşıb.
Bulat Utemuratov
Kaspi.kz ödəniş və fintex şirkətinin ortağı olan Vyaçeslav Kim isə 3,6 milyard dollarlıq sərvəti ilə “Forbes”in reytinq siyahısında 896-cı yerdədir.
Vyaçeslav Kim
Dinara Kulibayeva Nursultan Nazarbayevin qızıdır. Əri Timur Kulibayev ilə birlikdə Qazaxıstanın aktivlərinə görə ən böyük bankı olan Halyk Bank-a nəzarət edir. Bankın səhmləri Qazaxıstan Fond Birjasında, GDR London Fond Birjasında və Qazaxıstanın AIX birjasında satılır. Onun sərvəti 2,9 milyard dolları keçib. “Forbes” qlobal reytinqinə görə Dinara Kulibayeva dünyanın 1108-ci zəngin adamıdır.
Dinara Kulibayeva və Timur Kulibayev
Timur Kulibayev Nursultan Nazarbayevin kürəkəni və müşaviri olub. 2008-2011-ci illərdə Qazaxıstan Milli Sərvət Fondunun idarə heyətində, o cümlədən sədri vəzifəsində çalışıb.
Sərvəti: 2,9 milyard dollardır.
“Forbes” qlobal reytinqində yeri: № 1108.