80% kovid xəstələri özləri sağalır, dərmanlara ehtiyac yoxdur– Həkim terapevt

30-01-2022, 08:05           
80% kovid xəstələri özləri sağalır, dərmanlara ehtiyac yoxdur–
Əldən-ələ gəzən kovid müalicəsi reseptləri insanları çox vaxt yanlış müalicəyə çəkir. Nəticəsi isə ağırlaşma olur.

Kovidin əsl müalicəsi hələ tibbə dəqiq məlum deyil. Özünüzdə müxtəlif ağır dərmanları sınamaqla, siz həkimlərə də yardım şansı qoymursuz.

Medicina.az xəbər verir ki, həkim terapevt Gövhər Məmmədova kovid Omikronun müalicəsi ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verib.
“Anlamaq lazımdır ki, təxminən 80% xəstələr özləri immunitetləri hesabına sağalır, yüngül keçirənlərdə isə müalicəyə gərək yoxdur. Bu necə baş verir? İnsanın özünün müdafiə mexanizmi var. Virusa yoluxduqda, əvvəlcə qeyri-spesifik immun cavab gəlir, daha sonra anticisimlər hasil olur, bu zaman orqanizmdə müəyyən proseslər baş verə bilər.

Əgər bir xəstə simptomsuz, yüngül keçirirsə, o sadəcə sakit şəkildə evdə yataqda uzanıb gözləməlidir. Bu zaman bol maye, bəzi vitaminləri içmək olar. Heç bir antibiotik, hormonlar, digər lazımsız dərmanlar, immunstimulyatorlar lazım deyil.

Lakin bizdə necədir: xəstə test cavabı çıxan kimi poliklinikada sahə həkiminə zəng edir, o hansısa dərmanları yazır. Sonra xəstə tanışlardan, qohumlardan reseptlərini istəyir. Bir reseptdə 10-15 dərman preparatı yazılan müalicə sxemləri əl-əl gəzir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru