İlon Mask ultra zəngin statusunu itirdi

26-02-2022, 09:23           
İlon Mask ultra zəngin statusunu itirdi
Artıq planetdə heç kəsin sərvəti 200 milyard dollardan çox deyil.

Belə ki, İlon Maskın varidatı dünənki ticarət sessiyasından sonra daha 13,3 milyard dollar azalıb və o, ultra zəngin statusunu itirib.

“Bloomberg Billionaires Index”-ə görə, “Tesla”nın sahibinin sərvəti hazırda 198,6 milyard dollardır.

Mask dörd gün dalbadal şirkət səhmlərinin düşməsi səbəbindən itkilərə məruz qalıb. Ukraynadakı vəziyyətlə əlaqədar dünya üzrə fond bazarlarının enişi fonunda milyarder küllli miqdarda zərər uğrayıb.

Ümumilikdə, ilin əvvəlindən Mask 71,7 milyard dollar itirib.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.