“RUSİYA ÖLƏN HƏRBÇİLƏRİN CƏSƏDLƏRİNİ İSTƏMİR... “ - Ukrayna baş nazirinin müavinindən açıqlama
18-03-2022, 12:57
“Ukraynada hərbi əməliyyatlar başlayandan sonra, 22 gün ərzində Rusiya hakimiyyəti Ukraynada ölən rusların qalıqlarının ekstradisiyasını tələb etməyib”.
Qafqaz.media xəbər verir ki, bu barədə martın 17-də keçirdiyi brifinqdə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk danışıb.
“Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşüb. Bu görüş zamanı biz Rusiya Federasiyasının həlak olmuş hərbçilərinin cəsədlərinin toplanması və identifikasiyası işinin təşkilinin zəruriliyi barədə məsələ qaldırdıq. Biz “Qırmızı Xaç” Cəmiyyətinin diqqətini çəkdik ki, Rusiya hələ də sayı 14 mini ötmüş meyit və qalıqların ekstradisiyası üçün müraciət etməyib”, – Vereşçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna “Qırmızı Xaç” Cəmiyyətinin rəhbərinə müraciət edərək Rusiyaya ölən əsgərlərinə “hörmət göstərməyi” və onların cəsədlərinin Ukraynadan çıxarılması üçün danışıqlara başlamağı təklif edib.