Ukraynada öldürülən rus generalların adları açıqlandı - SİYAHI

20-03-2022, 00:48           
Ukraynada öldürülən rus generalların adları açıqlandı - SİYAHI
Müharibənin üç həftəsi ərzində Ukrayna əsgərləri azı altı general daxil olmaqla 10-dan çox yüksək səviyyəli rus komandirini zərərsizləşdirib.

"Musavat.com" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri öldürülmüş rus generallarının siyahısını dərc edib.

Həmin siyahını təqdim edirik:

General-mayor Maqomed Tuşayev - Rusiya Qvardiyasının 141-ci motoatıcı alayının komandiri,

General-mayor Vitali Gerasimov - Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının birinci müavini,

General-mayor Andrey Kolesnikov - 29-cu Ordunun komandanı. Şərq Hərbi Dairəsi,

General-mayor Andrey Suxovetski - Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini,

General-mayor Oleq Mityaev - 150-ci motoatıcı diviziyasının komandiri,

General-leytenant Andrey Mordviçevdir - 8-ci Qvardiya Silahlı Qüvvələrinin komandanı, Cənub Hərbi Dairəsinin zabiti.

“Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiya Federasiyasında "Ukraynada xüsusi əməliyyat"ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb", - Ukrayna Silahlı Qüvvələri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru