Ukrayna ilə müharibədə ciddi itkilər verən “kadırovçular” Çeçenistana göndərilib

20-03-2022, 12:10           
Ukrayna ilə müharibədə ciddi itkilər verən “kadırovçular” Çeçenistana göndərilib
“Kadırovçular” adlanan Rusiya ordusunun çeçen hərbçiləri Ukrayna müharibəsində yüzlərlə döyüşçünü itirdikdən sonra Çeçenistana göndərilib.

“Azadlıq” radiosu bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına istinadən xəbər verir.

Ukraynada olduqları müddətdə Rusiya ordusunun çeçen hərbçiləri (Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adı ilə “Kadırovtsı” kimi də tanınır) yüzlərlə döyüşçünü itirərək paytaxt Qroznıya qayıdıblar.

Əks-kəşfiyyat Ukraynada "kadırovçular"ın itkiləri barədə məlumat verib, Kiyev yaxınlığında peyda olan Rusiya Qvardiyasının çeçen bölmələrinin komandirlərinin adlarını çəkib.

Rusiyanın hökumətyönlü teleqram kanalları martın 13-də Rusiyanın Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun iştirak etdiyi zirzəmidə keçirilən hərbi toplantıdan video yayımlayıb.

İddia olunurdu ki, səs yazısı Ukrayna ərazisində - Kiyevdən bir neçə kilometr aralıda aparılıb.

Kadırovun tənqidçiləri bu məlumatı müharibə zamanı növbəti piar adlandırıblar. Ukrayna əks-kəşfiyyatı isə Kadırovun Ukraynada olmadığını, martın 13-ü məhz “kadırovçular” qrupunun Kiyev vilayətindən Belarusa, daha sonra isə Çeçenistana çıxarıldığını bəyan edib.

Xatırladaq ki, müharibə zamanı Rusiyanın Çeçenistan Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev həlak olub. Məlumata görə, bunu həmin bölmənin əsir götürülən üzvü də təsdiqləyib.

Bundan başqa, fevralın 26-da eniş cəhdi zamanı 450 kadırovçu Qostomel hava limanı ərazisində Ukrayna torpaqlarına girməyə cəhd göstərib. Onlar Ukrayna ordusu tərəfindən birbaşa uçuş zolağında atəşə tutulublar. Fevralın 28-də isə onlar sayı bir neçə yüz döyüşçü təşkil edib”, – Ukrayna əks-kəşfiyyatı məlumat yayıb.//demokrat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.