Şok: Ukrayna diversantları yaxaladı - əksəriyyəti ukraynalıdır

22-03-2022, 00:05           
Şok: Ukrayna diversantları yaxaladı - əksəriyyəti ukraynalıdır
Ukrayna ordusunun yaxaladığı rus diversantların əksəriyyəti Ukrayna vətəndaşıdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri Denis Monastırski deyib.

O bildirib ki, müharibənin getdiyi 25 gün müddətində Ukrayna milli təhlükəsizliyinə qarşı 1271 cinayət faktı aşkarlanıb:

“Bunlardan 922-si ərazi bütövlüyü və sərhəd toxunulmazlığına qarşı, 244-ü vətənə xəyanət, 48-i diversiya, 57-si isə digər cinayətlərdir.

Saxlanılanların bəziləri müvəqqəti işğal olunmuş ərazilərdən gələnlər, yaxud xarici ölkə vətəndaşları, bəziləri yaşayış izni olanlar, bəziləri Ukraynada daimi yaşayanlardır ki, haçansa Rusiyaya gediblər və orda ələ alınaraq, xüsusi tapşırıqla geri göndəriliblər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.