Suşinin hansı təhlükələri var?

24-03-2022, 09:23           
Suşinin hansı təhlükələri var?
Endokrinoloq və diyetoloq Aleksey Kalinçev suşi yeməyin təhlükələri barədə xəbərdarlıq edib.

Həkim izah edib ki, tərkibində çiy balıq olduğundan bu qida parazitlərə yoluxma riskini artırır.

“Riski öz üzərinizə götürərək çiy balıq yeyirsiniz. Ancaq nəzərə alın ki, yoluxucu xəstəlik parazitoloqları çox azdır. Bu xəstəliklərin laboratoriya diaqnostikası da çox zəifdir. Belə ki, parazitlərin varlığını aşkar etmək kifayət qədər mürəkkəbdir. Odur ki, hər hansı xəstəliyə yoluxacağınız təqdirdə işiniz çətin olacaq”, - deyə diyetoloq bildirib.

Mənbə: ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru