Zaur Qəriboğlu Cavanşir Feyziyevi məhkəməyə verdi

31-03-2022, 18:48           
Zaur Qəriboğlu Cavanşir Feyziyevi məhkəməyə verdi
"Reaksiya Media Group"nun rəhbəri Zaur Qəriboğlu tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən deputat Cavanşir Feyziyev Bakı şəhəri Yasamal rayon məhkəməsinə çağırılıb.

Bu barədə Reaksiya.az-a “Reaksiya Media Group”nun vəkili Əziz Qənbərov məlumat verib.

05.04.2022- ci il tarixində Yasamal Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Bu barədə deputat Cavanşir Feyziyevə bildiriş mesajı göndərilib.

Qeyd edək ki, Cavanşir Feyziyev Zaur Qəriboğlunu ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək, böhtan atmışdır. O, "YouTube" kanallarında imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlər kimi qələmə vermişdir. Bu ifadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaradır ki, həmin maddənin də sanksiyasında 17 ilədək azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur ki, bu da xüsusilə ağır cinayət hesab olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru