Marsda görülən sirli qapı: “Başqa dünyaya açılır” - İnanılmaz iddia

14-05-2022, 09:03           
Marsda görülən sirli qapı: “Başqa dünyaya açılır” -
ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) "Curiosity” kosmik aparatı tərəfindən Marsda çəkdiyi fotoda əks olunan qapıya bənzər boşluq müzakirə mövzusuna çevrilib.

Teref.az xəbər verir ki, "qapı”nın Marsda yadplanetlilər tərəfindən tikilən infrastruktura aid olduğu iddia edilib.

Keçidə açıldığı iddia edilən qapının Mars sakinlərinin yeraltı sığınacağına və ya başqa bir kainata açıldığı da iddialar arasındadır.

NASA-nın fotosundakı görüntüyə məntiqli yanaşanlar da var. Onların iddiasına görə, bu, qayalıqda parçalanma nəticəsində yaranmış boşluqdur, sadəcə qapıya bənzəyir. Bunun Marsda baş verən zəlzələ nəticəsində yarandığı da bildirilib.

Qapıya bənzəyən nəsnə təsəvvürlərimizdə canlı ölçüdə görünsə də və ya şəklə baxaraq əmin olmaq çətin olsa da, görünən boşluğun real həyatda yalnız bir neçə santimetr ölçüsündə olması da mümkündür.

Teleqraf.com/
шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.