Evində yanaraq ölən müəllimin ailəsindən İDDİA: Qəsdən törədilib… - VİDEO

27-05-2022, 11:48           
Evində yanaraq ölən müəllimin ailəsindən İDDİA: Qəsdən törədilib… - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda mənzildə yanğın olub və ev sahibi 61 yaşlı Xuraman Həsənova yanaraq ölüb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər.

Teref.az yazdığına görə, Bizim.Media xəbər verir ki, mərhumun həyat yoldaşı Abbas Novruzov ayrı yaşadığı həyat yoldaşı ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna getdiklərini söyləyib.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. İstintaq qrupu daha sonra meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar.

Mərhumun bacısı Arzu Novruzova deyir ki, istintaq qrupu ilkin araşdırma apararkən onlara hadisənin elektrik xətlərində baş vermiş qısa qapanmadan olduğunu bildiriblər. Hətta ütünün elektrikdə qoşulu vəziyyətdə qaldığı belə deyilib.

Xəzər Xəbər-in məlumatına görə, hadisənin qətl və ya yanğın olub, olmaması müvafiq qurumlar tərəfindən araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru