Keçmiş prezidentin sirli qaçışı: Gizli işbirliyi

31-05-2022, 21:23           
Keçmiş prezidentin sirli qaçışı: Gizli işbirliyi
Ukraynanın eks-prezidenti Petro Poroşenko ölkəni tərk edərək Polşaya gedib.

Mayın 30-da üçüncü cəhddən sonra Poroşenko Ukrayna sərhəddini keçməyə nail olub.

Qeyd edəki, mayın 27-də səhər saatlarında Poroşenkonun Lvov vilayətinin “Rava-Ruska”sərhəd-buraxılış məntəqəsindən keçməklə iki dəfə Polşaya daxil olmağa çalışdığına dair xəbərlər və fotoşəkillər yayılsa da, onun Ukrayna ərazisindən çıxışına icazə verilməyib.

Bundan əvvəl isə Poroşenko Ukrayna Prezidenti Vladimir Zelenskiyə açıq məktubla müraciət edərək, onun xaricə getməsinə mane olmamağı xahiş edib.

Ukrayna Ali Radasının deputatı İrina Geraşenko bildirib ki, Petro Poroşenko NATO-nun Vilnüsdə keçirilən tədbirinə gedirmiş. Geraşenkonun sözlərinə görə, keçmiş dövlət başçısı NATO Parlament Assambleyasının iclasında iştirak etmək üçün ölkədən çıxmaq istəyib. O, Ukraynanın eks-prezidentinin Vilnüsdə Litva rəhbərliyi, alyansın üzv olan ölkələrin və Avropa Parlamentinin deputatları bir sıra görüşlər keçirəcəyini deyib. Lakin o, sərhədi keçmək istəyərkən buraxılış məntəqəsində saxlanılıb.

Ukrayna nümayəndə heyətinə qoşulmaq üçün Poroşenkoya Ali Radanın sədri Ruslan Stefançukun imzaladığı ezamiyyət vərəqəsi də verilib. Lakin sərhədçilər sənədi saxta və ya müddəti bitmiş hesab edərək, ölkənin keçmiş liderini Ukrayna ərazisini tərk etməsinə icazə verməyiblər.

Sonradan buna səbəb kimi Stefançukun verdiyi ezamiyyə vərəqəsinin QR kodunun sərhədçilər tərəfindən oxuna bilməməsi göstərilib.

Ancaq Poroşenkonun barəsindəki cinayət işi ilə bağlı Ukraynadan qaçdığına dair yeni detallar üzə çıxıb.

Mayın 25-də məlum olub ki, keçmiş prezident Petro Poroşenkoya qarşı iş üzrə bir sıra şahidlər ifadə verməyib.

Bundan əvvəl, Ukrayna Təhlükəsizlik Xidmətində tərəfindən dövlət çevrilişinə cəhddə ittiham edilərək saxlanılan sabiq deputat Viktor Medvedçuk mayın 23-də Petro Poroşenkonun əleyhinə ifadə verib. O, xüsusi xidmət orqanının əməkdaşlarına Poroşenkonun “Samara-Qərb istiqaməti” kəmərinin qanunsuz özəlləşdirilməsinin təşəbbüskarı olması barədə sübutlar təqdim edib. Medvedçuk həmçinin, Ukraynanın sabiq prezidentin qondarma Donetsk və Luqansk Xalq respublikaları ilə kömür ticarəti apardığını təsdiqləyib.

Xatırladaq ki, yanvar Ukraynanın baş prokuroru Kiyevin Peçersk Məhkəməsinin qərarından apellyasiya şikayəti verib və ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı dövlətə xəyanət işi üzrə şəxsi öhdəlik qismində həbs qətimkan tədbiri seçib. Həmin vaxt nəzarət orqanı həbs qətimkan tədbiri seçilməsi və ya 35,7 milyon ABŞ dolları məbləğində girovun qoyulmasında israr edib.

Petro Poroşenko dövlətə xəyanətdə iştirakda şübhəli bilinir. Söhbət Donbasın işğal olunmuş ərazilərindən kömür tədarükü ilə bağlı keçmiş Ukrayna rəhbərinə qarşı aparılan istintaq işindən gedir.

İstintaq hesab edir ki, Poroşenko 2014-cü ilin payızında Cənubi Afrika Respublikasından kömür tədarükünə dair müqaviləni pozub. Bunun əvəzində isə Donbassdakı separatçılardan kömür alınıb. 2021-ci ilin dekabrında Dövlət Təhqiqat Bürosu ondan şübhələnib. Lakin siyasətçi yoxa çıxıb və Ukraynanı tərk edib. Yanvarın 17-də isə Poroşenko Polşadan Kiyevə qayıdıb.
cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.