Ürək üçün faydalı qida açıqlandı - Şok nəticə

2-06-2022, 00:02           
Ürək üçün faydalı qida açıqlandı - Şok nəticə
Bu vaxta kimi elm və tibb yumurtanı xolesterin və ateroskleroz səbəbindən ürək-damar xəstəliklərinin əsas səbəbkarı kimi hesab edirdi. Ürək xəstələrinə onu yeməmək, insanlara isə az istifadə etmək tövsiyə olunurdu.
Bakupost.az xəbər verir ki, Çin alimləri 500 min yerli sakin üzərində apardıqları elmi araşdırmanın nəticəsi olaraq tamam əks açıqlama veriblər.
2018-2020-ci illəri əhatə edən böyük araşdırmanın nəticələri göstərib ki, hər gün yumurta yeyən çinlinin infarkt-insult riski nadir halda yeyənlərdən daha azdır, yəni yumurta yeyənlərin ürək-damar sistemi daha sağlam olub.
Pekin universitetinin alimləri elmi mərkəzdə bu nəzəriyyənin doğruluğunu və yumurtanın ürəyə, qana təsirini canlı təhlil ediblər.
Ürək-damar xəstəliyindən əziyyət çəkən 3000 nəfərin gün, ay ərzində nə qədər yumurta yedikləri araşdırılıb.
Analizlər göstərib ki, kimlər ki, müntəzəm olaraq, normal miqdarda, məsələn gündə 1 ədəd, həftədə 3-4 dəfə yumurta yeyib, onların qanında yaxşı xolesterinin səviyyəsi yüksəlmiş olub. Yaxşı xolesterin isə damarların tıxanmasının qarşısını alır, infarkt, insult riskini azaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru