“Azərbaycanın gəlirləri artdıqca əhali daha da kasıblaşır”

12-06-2022, 18:15           
“Azərbaycanın gəlirləri artdıqca əhali daha da kasıblaşır”
“Dövlət Neft Fondun Bu ilin 5 ayında Azərbaycanın neft gəlirləri 3 828 milyon ABŞ dolları olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
“Qaz gəlirlərinə gəlincə, eyni dövrdə qaz gəlirləri 8,5 dəfə artıb. Beləliklə də bu ilin 5 ayında Azərbaycanın neft-qaz gəlirləri birlikdə 4 milyard 354 milyon 537 min dollar olub. Bu vəsaiti hazırkı kursa manata çevirəndə və 5 aya böləndə hər aya 1,5 milyard manat edir. Bu yalnız Neft Fondunun qazancıdır, bundan başqa neft qiymtlərinin bahalaşmasından dövlət neft şirkəti və xarici neft-qaz şirkətləri, eləcə də onların mənfəət nefti artdığına görə ödədikləri vergidən büdcə də əlavə olaraq qazanc əldə edir.
Bütün bunların müqabilində əhali daha da kasıblaşır, çünki, son zamanlar qiymətlərin sürətlə bahalaşması onların xərclərini artırır. Amma Azərbaycan hakimiyyəti yenə də həmişə olduğu kimi qazancı özü mənimsəyir, xərci isə xalqa yükləyir. Eyni siyasət illərdir ki, davam edir. Hətta belə davam edərsə, yaxın vaxtlarda benzinin qiymətlərinə yenidən baxılacaq, sonra da nəqliyyatda gediş haqqını artıracaq. Maliyyə naziri Samir Şərifov demişkən, “Azərbaycanda qazın qiyməti heç nədir". Bir də gördük ki, qazı da bahalaşdırdılar”, - Q.İbadoğlu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.