Şəhid anasını aldadan müəllimə ilə bağlı maraqlı məlumatlar var.
13-06-2022, 07:39
Sən demə bu müəllimə əxlaqsızlıq üstündə ailəsindən ayrılıbmış və ortada iyrənc faktlar olduğu üçün məhkəmə belə qərara gəlib ki, övladları bu adamla qala bilməz, əxlaqi baxımdan uşaqlara olduqca ziyanlı olar.
Əxlaqında problem olduğu üçün öz övladlarının bu adamın yanında qalması doğru sayılmayıb, ancaq belə bir adam neçə illərdir ki, başqalarının balalarına "tərbiyə verir"?
Hətta bir neçə dəfə də kənd camaatı bu müəllimənin əməlləri barədə şikayətlər edib, onun işdən çıxarılmasını tələb ediblər, ancaq məhəl qoyan olmayıb.
Belə bir adamı işə kim və hansı maraqlara görə götürübmüş ki?
Bu adamı kim qoruyurdu?
İndi bütün ölkəyə rüsvay olmaq yaxşıdır?
Bax belə anekdot kimi ölkəyik.
P. S. Xaçmazda müəllim işləyən 37 yaşlı Nuranə Orucova ikinci Qarabağ müharibəsi zamanı Xocavənddə şəhid olan Əliheydər Hüseynlinin anası Zabilə Musayevaya zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Şəhid anasını inandırıb ki, oğlu sağdır və əsirlikdədir. Nuranə müəllimə Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə şəhid anasından 4000 manat pul alıb. Hazırda ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Cəmil Məmmədli
Teref.az