Alimlər həyəcan təbili çalır: Ekosistemin 40 faiz işini yerinə yetirən canlının nəsli kəsilir - FOTO

9-08-2022, 11:35           
Alimlər həyəcan təbili çalır:
Timsahların nəslinin kəsilməsi dağıdıcı ekoloji nəticələrə səbəb olacaq.

Oksford Universitetindən olan alimlərin bununla bağlı yeni araşdırması “Functional Ecology” jurnalında dərc olunub.

Məqalədə bildirilir ki, hazırda dünyadakı timsahların yarıdan çoxu yaşayış yerlərinin itirilməsi, ovlanma və s. səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib.

Mütəxəssislərin sözlərinə görə, timsahların sayının azalması onların ekosistem üçün yerinə yetirdiyi müxtəlif funksiyaların itirilməsinə səbəb olacaq.

Ekspertlərin fikrincə, ekosistem üçün müxtəlif funksiyaların ən azı 40%-i timsahlar tərəfindən yerinə yetirilir. Məsələn, alliqatorlar yuvalar qazırlar; sonradan bura digər növlər üçün həyati vacib sığınacaqlara çevrilir, yaxud Filippin timsahı kənd təsərrüfatı zərərvericilərinin populyasiyalarına nəzarət edir.

Gələcəkdə alimlər timsahların təbiətdəki funksiyalarını, eləcə də bu heyvanları qorumaq yollarını öyrənməyə davam edəcəklər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru