Arayik üçün Göyçənin sahilində villa tikilir... - FOTO

10-08-2022, 12:57           
Arayik üçün Göyçənin sahilində villa tikilir... - FOTO
Göyçə gölü sahilində Arayik Arutyunyan üçün dəbdəbəli malikanə tikilir. TEREF moderator.az-a istinadla xəbər verir ki, Aravot.am-ın yaydığı məlumata görə, Arayikin malikanəsi Göyçə gölünün sahilində, əsasən Qarabağda qanunsuz fəaliyyət göstərən "Kapavor" MMC-nin direktorlar şurasının sədri Arman Akopcanyanın tikilməkdə olan evinin yanında inşa edilir.

Arman Akopcanyan Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qanunsuz "şəhərsalma" "naziri"nin oğludur.

Sayt Arayik Arutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun mətbuat katibi Lusine Avanesyandan şərh almağa çalışsa da, o, nə zənglərə, nə də yazılı müraciətlərə cavab verib.

Malikanələr Gədəbəy rayonu ilə həmsərhəd Geqarkunik vilayətinin Çəmbərək rayonu Şorça icmasının Draxtik kəndinin inzibati ərazisində - "Sevan" (Göyçə-S.L.) milli parkına məxsus torpaq sahəsində tikilir... Qeyd edək ki, həmin kənddə 1988-1989-cu illərə qədər Azərbaycan türkləri yaşayıb...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.