Krımdakı aerodroma nə ilə zərbə endirə bilərdilər? -

11-08-2022, 08:18           
Krımdakı aerodroma nə ilə zərbə endirə bilərdilər? -
Novofyodorovkada (işğal olunmuş Krım) hərbi aerodromu raketlərlə atəşə tuta bilərdilər. Bunu zədələrin xarakteri göstərir.

Bu barədə telemarafon zamanı hərbi ekspert Sergey Qrabski bəyan edib («UNİAN»).

«Əgər zədələrin xarakterindən danışsaq, zədələrin həcmi - bu, şübhəsiz, ancaq raketlər ola bilərdi. Çünki diversiya işindən danışmaq düzgün deyil, belə ki, partlayışın özü belə və bu miqdarda ola bilməzdi. Biz burada raketlərlə zərbəni görürük. Və yenə də yanmış avtomobillər, yaxınlıqda yerləşən zədələnmiş binalar məhz raketlərin tətbiqindən xəbər verir. Böyük ehtimalla, bunlar raketlər olub - onlar radiolokasiya sistemlərini boğmaq üçün istifadə olunur və ehtimal etmək olar ki, bu həmin raketlərdir ki, partlayışdan bir neçə gün əvvəl Amerika mənbələrində xatırladılırdı - necə deyərlər, anti-radar raketləri» - Qrabski deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.