Yeni binadan fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi vergiyə cəlb olunurmu?

15-08-2022, 11:12           
Yeni binadan fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi vergiyə cəlb olunurmu?
Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi də sadələşdirilmiş vergidən azad edilib.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.

Qeyd edilənlərə əsasən, sökülmüş yaşayış sahəsinin əvəzində verilən və sahəsi 125 kvadratmetr olan yaşayış sahəsi təqdim edilərkən müvafiq arayış notariusa təqdim olunmaqla təqdim edilən yaşayış sahəsinin 120 kvadratmetr sahəsi vergidən azad olunur, qalan 5 kavdratmetr sahə isə ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.